satellite   Azerspace-1: 11135 H 30000

Cəlilabadda güclü külək nəticəsində ağac maşının üstünə aşıb

Cəlilabadda güclü külək nəticəsində ağac maşının üstünə aşıb

Cəlilabad rayonunda iri gövdəli ağacın aşması nəticəsində avtomobilə ciddi ziyan dəyib.

NTV-nin məlumatına görə hadisə köhnə Ələt-Astara magistralında qeydə alınıb.

Güclü külək nəticəsində iri gövdəli ağac yolda hərəkətdə olan, 77-BQ-470 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobilin üzərinə aşıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, magistralın digər istiqamətində də iri gövdəli ağacların aşması nəticəsində analoji hadisə baş verib.

Aşan ağaclar yolun hərəkət hissəsini bağladığına görə magistralda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM