satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə, Gürcüstan və İraqdan gələn din xadimləri Zəfər abidəsini ziyarət ediblər - FOTOLAR

Türkiyə, Gürcüstan və İraqdan gələn din xadimləri Zəfər abidəsini ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Türkiyə, Gürcüstan və İraqdan gələn din xadimləri Zəfər abidəsini ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Türkiyə, Gürcüstan və İraqdan gələn din xadimləri Zəfər abidəsini ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Türkiyə, Gürcüstan və İraqdan gələn din xadimləri Zəfər abidəsini ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Türkiyə, Gürcüstan və İraqdan gələn din xadimləri Zəfər abidəsini ziyarət ediblər<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində ölkəmizə səfər edən Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti sentyabrın 7-də Bakıda yerləşən Zəfər parkını ziyarət edib.

Nümayəndə heyətinin üzvləri Zəfər parkında ucaldılan Zəfər abidəsi ilə tanış olub, burada Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Qələbənin rəmzi ifadəsini özündə əks etdirən memarlıq elementləri barədə məlumat alıblar.

Qonaqlara bildirilib ki, doqquz hektardan çox ərazini əhatə edən Zəfər parkı 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm Qələbəyə həsr olunub. Parkın konsepsiyasında müharibənin 44 gün davam etməsini ifadə edən rəqəmlər xüsusi simvolik məna daşıyır. Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edən 44 tağ elementindən istifadə olunması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunub ki, parkın giriş portalında yerləşən tağın hündürlüyü 44, eni isə 22 metrdir. Tağın üzərində Vətən müharibəsi qəhrəmanlarının adlarının həkk olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsidir.

Din xadimləri Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramlarını ifadə edib, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM