satellite   Azerspace-1: 11135 H 30000

Əlilliyi olan 120-dən çox gənc yeni peşələrə yiyələnir

Əlilliyi olan 120-dən çox gənc yeni peşələrə yiyələnir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində hazırda əlilliyi olan 120-dən çox gənc yeni peşələrə yiyələnir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, mərkəzə əlilliyi olan 15-35 yaşlı şəxslər qəbul olunurlar. Onlar burada müxtəlif peşələr (kompüter montajı, montajçı operator, dərzilik, toxuculuq, xalçaçılıq, dulusçuluq, aşpaz köməkçisi, ağac üzərində oyma, kişi bərbəri və s.) üzrə 3-6 aylıq hazırlıq kurslarında yeni bacarıqlar qazanır, həmçinin sosial reabilitasiya xidmətlərindən yararlanırlar.

Müəssisəyə qəbul olunan gənclər burada dövlət hesabına yataqxana, yemək, reabilitasiya xidmətləri ilə də təmin olunurlar. Kursları uğurla bitirdikdən sonra onlara peşə şəhadətnamələri verilir və yeni yiyələndikləri peşələr üzrə işlə təminat sahəsində də dəstək göstərilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM