Naxçıvan Muxtar Respublikasında 26 yaşayış məntəqəsini əhatə edən 420 kilometr avtomobil yolunun əsaslı təmir edilməsi ilə bağlı layihələndirmə işləri aparılır.
Bunu NTV-yə açıqlamasında Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Əli İbrahimbəyli bildirib.
Onun sözlərinə görə, bu mərhələ başa çatdıqdan sonra tender keçiriləcək və proses uğurla tamamlandıqdan sonra yollarda təmirə başlanılacaq. Təmir işləri Prezident İlham Əliyevin bu il avqustun 12-də imzaladığı "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncama əsasən aparılacaq.
