Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.
Bu barədə NTV-yə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Onlardan 45,2 min şəxsə ambulator, 20,9 min şəxsə stasionar və icmaəsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri göstərilib.
Reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.
Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.
