Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev və Ukrayna Ali Radasının Xarici işlər komitəsinin sədri Aleksandr Merejko görüş zamanı ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanlarını müzakirə ediblər.
NTV xəbər verir ki, bu barədə S. Mərdəliyev "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Azərbaycan-Ukrayna münasibətləri, parlament diplomatiyası, əməkdaşlığımızın daha da möhkəmləndirilməsi və qarşılıqlı dəstək məsələləri ətrafında fikir mübadiləsi apardıq", - o qeyd edib.
