satellite   Azerspace-1: 11135 H 30000

Nadejda Neynski: İranda qalan Bolqarıstan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edirik

Nadejda Neynski: İranda qalan Bolqarıstan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edirik

Bolqarıstan Respublikasının xarici işlər naziri Nadejda Neynski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

NTV xəbər verir ki, nazirlər son günlər regionda yaranmış təhlükəsizlik vəziyyəti, o cümlədən İran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron ilə hücumları barədə barədə müzakirə aparılıb.

Nadejda Neynski hücumları pisləyib, vəziyyətlə bağlı narahatlığını ifadə edib, regional sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin İranda qalan Bolqarıstan vətəndaşlarının ölkəmizin ərazisindən keçidinə göstərilən dəstəyə görə təşəkkür edib.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Bolqarıstan arasında mövcud ikitərəfli əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Enerji təhlükəsizliyi, regional bağlantılar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM