satellite   Azerspace-1: 11135 H 30000

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub - FOTOLAR

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub<font color=red> - FOTOLAR</font> Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub<font color=red> - FOTOLAR</font> Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub<font color=red> - FOTOLAR</font> Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub<font color=red> - FOTOLAR</font>

Çexiya Respublikasının nəqliyyat naziri İvan Bednarikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Bakı Dəmiryol Vağzalında olub. Azərbaycan Dəmir Yollarının (ADY) sədri Rövşən Rüstəmov qonaqlara qurumun fəaliyyəti, sərnişindaşıma sahəsində həyata keçirilən layihələr, Bakı Dəmiryol Vağzalının infrastrukturu və sərnişinlərə göstərilən xidmətlər barədə məlumat verib.

ADY-dən NTV-yə bildirilib ki, Dəmir Yollarının sərnişin məmnuniyyətinin artırılması və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirdiyi yeniliklər, o cümlədən ölkə ictimai nəqliyyatında ilk dəfə məhz dəmir yollarında tətbiq edilən SİMA Pay üztanıma ilə ödəniş sisteminin işi təqdim olunub.

Ziyarət zamanı çexiyalı nazir vağzalda sərnişinlər üçün yaradılmış şərait və müasir xidmət imkanları ilə tanış olub, sərnişin daşımaları sahəsində müasir yanaşmaların xüsusi əhəmiyyətini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM