satellite   Azerspace-1: 11135 H 30000

Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib

Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) Rusiyanın hərbi-sənaye kompleksində fəaliyyət göstərən 1569 fiziki və hüquqi şəxsə qarşı əlavə sanksiyalar tətbiq edib.

NTV xəbər verir ki, Aİ Şurasının məlumatında yeni sanksiyaların Rusiyanın Ukraynaya qarşı intensivləşən, xüsusilə mülki infrastruktura yönələn hücumlarına cavab olaraq tətbiq edildiyi bildirilib.

Sanksiya siyahısına 826 Rusiya şirkəti və həmin müəssisələrin baş icraçı direktoru olan 743 fiziki şəxs daxil edilib. Bu, Aİ-nin indiyədək razılaşdırdığı ən geniş sanksiya siyahısıdır. Bununla da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən sanksiya rejimi çərçivəsində siyahıya alınanların ümumi sayı təxminən 4600-ə çatıb.

Məhdudiyyətlər illik dövriyyəsi ən azı 20 milyard avro olan və 250 mindən çox işçi çalışdıran, Rusiya hərbi sənayesinin əsasını təşkil edən orta səviyyəli təchizatçılara yönəlib. Siyahıya daxil edilən şirkətlər raketlər, pilotsuz uçuş aparatları və təyyarələr üçün elektronika, rabitə avadanlıqları, aviasiya, peyk və raket sistemləri, partlayıcı maddələr, döyüş sursatları, optika və naviqasiya sistemləri kimi əsas komponentləri tədarük edir.

Sanksiyalar çərçivəsində siyahıya alınan şəxslərin aktivləri dondurulur, onlara birbaşa və ya dolayı yolla vəsait və iqtisadi resursların təqdim edilməsi qadağan olunur. Bundan başqa, fiziki şəxslərə Aİ-yə səfər qadağası da tətbiq edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM