satellite   Azerspace-1: 11135 H 30000

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Avropada təbii qazın qiyməti həftəyə artımla başlayıb.

NTV xəbər verir ki, Niderlandın TTF habında fyuçers müqavilələri üzrə qazın qiyməti 1,8 faiz artaraq meqavat-saat üçün 83,32 avroya çatıb.

Ekspertlərin fikrincə, qiymətlər Hörmüz boğazında tankerlərə hücumların və bölgədə gərginliyin artmasının mayeləşdirilmiş təbii qaz (LNG) təchizatının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırması fonunda yüksəlir. Eyni zamanda, Avropada qaz anbarlarının doluluq nisbəti son həftələrdə sabit şəkildə artsa da, payızda havanın soyuması gözləntiləri istilik mövsümünün erkən başlaması və təbii qaz istehlakının artması riskini də yaradır.

Hazırda qitədə qaz anbarlarının doluluq səviyyəsi 73,6 faizdir. Bu nisbət son 5 ilin eyni dövrü üçün orta göstəricisi olan 87 faizdən aşağıdır.

Avropa Qaz Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSOG) hesabatında qitənin təbii qaz sisteminin qışda tələbatı ödəmək üçün dayanıqlı olduğu, lakin məhdud LNG tədarükünün qışın sonuna qədər anbarların dolululuq nisbətinin 30 faizdən aşağı düşməsinə səbəb ola biləcəyini bildirilib.

Hesabatda qeyd edilib ki, bu, Avropanın qışın sonlarında soyuq hava şəraitinə qarşı həssaslığını artıra və gələn yay saxlama yerlərinin doldurulmasını çətinləşdirə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM