Bu ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri 2025-ci ilin eyni aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,5 faiz artıb.
Dövlət Statistika Komitəsindən NTV-yə bildirilib ki, cari ilin sentyabr ayında istehlak qiymətləri avqust ayına nisbətən 0,9 faiz, 2025-ci ilin sentyabr ayına nisbətən isə 5,5 faiz artıb.
