satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın UNESCO-dakı yeni daimi nümayəndəsi etimadnaməsini Baş direktora təqdim edib - FOTOLAR

Azərbaycanın UNESCO-dakı yeni daimi nümayəndəsi etimadnaməsini Baş direktora təqdim edib<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının UNESCO yanında yeni daimi nümayəndəsi Fəxrəddin İsmayılov etimadnaməsini UNESCO-nun Baş direktoru Xalid Əl-Ənaniyə təqdim edib.

NTV xəbər verir ki, UNESCO-nun mənzil-qərargahında keçirilən görüş zamanı Azərbaycan ilə təşkilat arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər əlaqələrin müxtəlif istiqamətlərdə daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Fəxrəddin İsmayılov Bakıda oktyabrın 27-dən 29-dək keçirilməsi planlaşdırılan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlıq prosesi barədə məlumat verib. Səfir Forumun yüksək səviyyədə və uğurla keçirilməsi üçün Azərbaycan və UNESCO arasında sıx əməkdaşlığın və birgə səylərin əhəmiyyətini qeyd edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı marağın davam etdiyini göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Kəlbəcərə dolu yağıb

16:02 28.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM