Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva İran ərazisindən bu gün Naxçıvana qarşı həyata keçirilən pilotsuz uçuş aparatı hücumları ilə bağlı bəyanat yayıb.
NTV-nin məlumatına görə, bəyanatda deyilir:
"Naxçıvan Muxtar Respublikasına İran ərazisindən 5 mart 2026-cı il tarixdə həyata keçirilmiș pilotsuz uçuş aparatı hücumları, xüsusilə Naxçıvan Beynəlxalq Hava Limanı ərazisinin və Şəkərabad kəndində məktəbə yaxın ərazinin hədəf alınması mülki əhalinin, o cümlədən uşaqların təhlükəsizliyi baxımından kəskin șəkildə pislənilir.
Mülki obyektlərin və təhsil müəssisələrinin yaxınlığında baş verən belə hücumlar beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin – xüsusilə mülki şəxslərin qorunması prinsipinin kobud şəkildə pozulmasıdır".
