satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti: Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur

Azərbaycan Prezidenti: Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur

2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatizmə son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və 30 il kağız üzərində qalan 4 qətnaməsini biz özümüz həyata keçirdik. Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi.

NTV xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında söyləyib.

“Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkəninki ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM