Prezident İlham Əliyev Azərbaycan energetiklərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NTV-nin məlumatına görə, Sərəncama əsasən, energetika sahəsinin inkişafında səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilib.
Təltif olunanlar arasında Naxçıvanda fəaliyyət göstərən iki energetik də var.
Belə ki, “Azərenerji” ASC-nin “Naxçıvan Enerji” MMC-nin direktoru Məhərrəm Hüseyn oğlu Abbasov və Naxçıvan Modul Elektrik Stansiyasının direktoru Səlami Ağəli oğlu Mütəlov “Tərəqqi” medalına layiq görülüblər.
