satellite   Azerspace-1: 11135 H 30000

Həftəsonu 86 cinayətin açılması təmin olunub

Həftəsonu 86 cinayətin açılması təmin olunub

Oktyabrın 17-18-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 10 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. Ümumi çəkisi 6,5 kiloqram olan narkotik vasitə aşkarlanaraq götürülüb.

Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 pulemyot, 1 qumbara və 4 tüfəng aşkar olunaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər də saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:57 19.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM