satellite   Azerspace-1: 11135 H 30000

İspaniyada güclü yağışlarla əlaqədar qırmızı xəbərdarlıq elan edilib

İspaniyada güclü yağışlarla əlaqədar qırmızı xəbərdarlıq elan edilib

İspaniyanın şərqində güclü yağışlar səbəbindən ən yüksək – qırmızı təhlükə səviyyəsi elan edilib. Yağıntılar daşqınlara, yolların bağlanmasına və tədrisin dayandırılmasına səbəb olub.

NTV EFE agentliyinə istinadla xəbər verir ki, Valensiya muxtar icmasının əyalətlərində təhlükə səviyyəsi maksimum həddə çatdırılıb. Ölkənin digər bölgələrində isə sarı və narıncı xəbərdarlıqlar qüvvədədir.

Güclü yağışlar səbəbindən təxminən 100 min şagirdin əyani təhsili dayandırılıb. Hakimiyyət orqanları bəzi yaşayış məntəqələrinin sakinlərini evdə qalmağa çağırıb və xilasetmə xidmətlərinə dəstək məqsədilə ordu qüvvələrini cəlb etmək qərarına gəlib.

Əlverişsiz hava şəraiti Kataloniya və Balear adalarına da təsir göstərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:57 19.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM