ABŞ Özbəkistan və Mərkəzi Asiyanın digər ölkələri ilə milyardlarla dollar dəyərində müqavilələr imzalamağı planlaşdırır.
NTV Özbəkistan mediasına istinadla xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bu barədə Səmərqənddəki Registan meydanında jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Amerikanın təxminən 300 şirkətinin nümayəndələri Səmərqənd şəhərinə gəlib.
Rubio Vaşinqtonun region ölkələri ilə iqtisadi-ticari əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.
Səfər zamanı həm Mərkəzi Asiya ölkələrinə, həm də Amerikaya iqtisadi fayda gətirəcək milyardlarla dollar dəyərində müqavilələrin imzalanması gözlənilir.
Xatırladaq ki, Marko Rubio oktyabrın 18-də Özbəkistana gəlib. Səmərqənddə Mərkəzi Asiyanın beş ölkəsinin və ABŞ-nin xarici işlər nazirlərinin “C5+1” formatında görüşü, eləcə də region dövlətlərinin nümayəndələri ilə ikitərəfli danışıqlar planlaşdırılır.
