satellite   Azerspace-1: 11135 H 30000

Rubio: ABŞ, Rusiya və Çin liderlərinin APEC sammitində görüşü müzakirə olunur

Rubio: ABŞ, Rusiya və Çin liderlərinin APEC sammitində görüşü müzakirə olunur

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinin Vyetnamda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində mümkün görüşü müzakirə olunur.

NTV TASS-a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.

“Düşünürəm ki, görüş barədə müzakirələr aparılır. Hər hansı razılaşmanın əldə olunub-olunmadığını bilmirəm”, – deyə Rubio qeyd edib.

O, həmçinin Trampın Rusiya ilə Ukrayna arasındakı münaqişəyə son qoymaq istədiyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:57 19.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM