satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Ukrayna və ABŞ müharibəyə son qoymaq üçün yeni diplomatik addımlar hazırlayır

Zelenski: Ukrayna və ABŞ müharibəyə son qoymaq üçün yeni diplomatik addımlar hazırlayır

Ukrayna və ABŞ Rusiya müharibəsinə son qoymaq üçün yeni diplomatik addımlar hazırlayır.

NTV xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, o, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff və onun kürəkəni Cared Kuşnerlə telefon danışıqları aparıb.

"Sülh yalnız güc və etimada əsaslanan əməkdaşlıq vasitəsilə gəlir. Biz bunu təmin etmək, Amerikanın mövqeyinin güclü olmasını və Rusiyadan başqa hər kəsin dörd il yarımdan çox gözlədiyi sülhün yaranmasına kömək etməsini təmin etmək üçün əlimizdən gələni edirik", - deyə Zelenski vurğulayıb.

 

Prezidentin sözlərinə görə, bu dəfə diqqət Floridada Ukrayna və Amerika komandaları arasında keçirilən görüşün nəticələrinə yönəlib.

 

Zelenski, həmçinin qeyd edib ki, onun nümayəndələrinin və Donald Trampın xüsusi elçilərinin işi fasiləsiz davam edir.

 

“Biz həmçinin diplomatiyada növbəti addımları hazırlayırıq. Tərəfdaşlarımızı fasiləsiz davam edən Rusiya atəşi və hava hücumundan müdafiə məsələləri ilə bağlı real vəziyyət barədə daim məlumatlandırırıq. Çox şey Amerikanın buradakı mövqeyindən asılıdır. Ukrayna konstruktiv, dürüst və konkret nəticələr üçün işləməyə davam etməyə hazırdır”, - deyə Zelenski vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM