satellite   Azerspace-1: 11135 H 30000

“Reuters”: ABŞ mühüm kəşfiyyat məlumatlarının Ukraynaya verilməsini davam etdirir

“Reuters”: ABŞ mühüm kəşfiyyat məlumatlarının Ukraynaya verilməsini davam etdirir

ABŞ qısa fasilədən sonra Ukraynaya vacib kəşfiyyat məlumatlarını verməyə davam edib.

NTV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Reuters” agentliyinin məlumatına görə, NBC-nin “Meet the Press” verilişinə müsahibə verən Prezident Zelenski kəşfiyyat paylaşımının dayandırıldığını, lakin sonradan “blokdan çıxarıldığını” deyib.

“Biz buna görə çox minnətdarıq. İndi hər şey işləyir”, -deyə o əlavə edib.

Ukraynada “Starlink”in özünə qoyulan məhdudiyyətlərlə bağlı ABŞ dövlət katibi Marko Rubio Zelenskinin ABŞ-nin Ukraynada bu xidmətin sürətini qəsdən azaltdığı iddialarını rədd edib. O, məhdudiyyətlərin naməlum səbəbdən tətbiq olunduğunu iddia edib. Lakin dövlət katibinin məlumatına görə, indi hər şey normal vəziyyətə qayıtmalıdır. “Heç kim bizə “Starlink”i yavaşlatmağı əmr etməyib”, - deyə Rubio bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM