satellite   Azerspace-1: 11135 H 30000

Florian Virts "Barselona"ya keçmək istəyir

Florian Virts "Barselona"ya keçmək istəyir

Almaniya millisinin futbolçusu Florian Virts İspaniyanın "Barselona" klubuna keçmək istəyir.

NTV xəbər verir ki, bu barədə "Elnacional" nəşri məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi İngiltərə təmsilçisi "Liverpul"dan ayrılmaq niyyətindədir.

O, "Barselona"nın baş məşqçisi Hans-Diter Flikə də Kataloniya komandasında oynamaq istədiyini deyib. Virts Almaniya yığmasında məhz bu mütəxəssisin rəhbərliyi altında debüt edib.

Xatırladaq ki, Florian Virts 2025-ci ildə 130 milyon avro qarşılığında "Bayer 04"dən "Liverpul"a keçib. Yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə doqquz oyuna çıxıb və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM