satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub

Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub

Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının zəvvar qrupuna çırpılması nəticəsində azı 13 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb.

NTV xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyinə yerli polisin rəisi Dharmvir Sinqh bildirib.

Qəza bazar gününə keçən gecə baş verib.

Polisin məlumatına görə, yük maşınının sürücüsü idarəetməni itirib, nəticədə avtomobil yol kənarındakı insanların üzərinə çıxıb, daha sonra isə məbədin divarına çırpılıb.

Xəsarət alanlardan bir neçəsinin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Qəzanın başvermə səbəbi araşdırılır.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM