satellite   Azerspace-1: 11135 H 30000

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur

İranın xarici işlər naziri Abbas Əraqçi Bağdadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı mühüm bəyanatla çıxış edib.

NTV xəbər verir ki, İran mətbuatında yer alan xəbərlərə görə, A. Əraqçi Tehranın Qətər vasitəsilə ABŞ-yə Hörmüz boğazının açılması və dəniz təhlükəsizliyinin normallaşdırılması üçün 7 günlük xüsusi proqram təqdim etdiyini bildirib.

Nazirin sözlərinə görə, təklif olunan şərtlər yerinə yetirilərsə, tərəflər arasında danışıqlar başlaya bilər. "Biz proqramı elan etdik, indi seçim ABŞ-nindir", – deyə o vurğulayıb.

O, həmçinin hərbi hədə-qorxuların və blokadaların regional təhlükəsizliyə töhfə vermədiyini, İranın öz suverenliyini qorumaqla yanaşı sülhün tərəfdarı olduğunu qeyd edib. Əraqçi Ərəbistan yarımadasındakı hadisələrdən narahatlığını ifadə edərək, Yəmən və Səudiyyə Ərəbistanının ərazi bütövlüyünü dəstəklədiklərini və böhranların yalnız region ölkələrinin əməkdaşlığı ilə həll olunmalı olduğunu bildirib.

Bununla belə, ABŞ Prezidenti Donald Tramp İranın təklif etdiyi 7 günlük planı "qəbuledilməz" adlandıraraq rədd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM