satellite   Azerspace-1: 11135 H 30000

Şarja Beynəlxalq Kitab Sərgisi 124 ölkədən iştirakçıları bir araya gətirəcək

Şarja Beynəlxalq Kitab Sərgisi 124 ölkədən iştirakçıları bir araya gətirəcək

Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində Beynəlxalq Kitab Sərgisinin 45-ci buraxılışı noyabrın 4-dən 15-dək keçiriləcək.

NTV  xəbər verir ki, “Daily News Hungary” nəşrinin məlumatına görə, sərgidə 124 ölkədən 2673 nəşriyyat və kitab sənayesi iştirakçısı təmsil olunacaq. “Hekayələrdən yaranmışıq” mövzusu altında təşkil ediləcək tədbir çərçivəsində 25 ölkədən 106 yazıçı, rəssam və ziyalının iştirakı ilə 1500 mədəni və bədii tədbir keçiriləcək.

Bu il Oman sərginin fəxri qonağı olacaq. Ölkənin ədəbiyyatını, mədəni irsini və incəsənətini tanıdan xüsusi proqram təqdim ediləcək. Sərgi ziyarətçiləri müxtəlif dillərdə nəşrlərlə tanış olmaq, müəlliflərlə görüşmək, ədəbi müzakirələrdə və yaradıcılıq seminarlarında iştirak etmək imkanı əldə edəcəklər.

Təşkilatçılar nəşriyyatlar arasında əməkdaşlığın genişləndirilməsini, tərcümə hüquqlarının mübadiləsini və beynəlxalq kitab bazarlarına çıxış imkanlarının artırılmasını da əsas məqsədlər sırasında qeyd edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM