2026-cı ilin ilk üç rübündə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda təxminən 1,2 milyon dollar vəsait xərcləyib.
NTV bp-nin 2026-cı ilin üçüncü rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, ilk doqquz ay ərzində bu layihələrə hazırda davam edən 26 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 2 layihə və ətraf mühit üzrə 2 təşəbbüs daxil idi.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2026-cı ilin üç rübündə təxminən 1,1 milyon dollar vəsait xərcləyib.
Bunlara hazırda davam edən 22 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ölkənin mədəni irsini və idmanı təbliğ edən 6 layihə, ətraf mühit üzrə 1 təşəbbüs və müxtəlif mövzularda 9 konfrans və seminara dəstək, yəni ümumilikdə 39 layihə daxildir.
