satellite   Azerspace-1: 11135 H 30000

Qlobal neft tədarükünün bu il sutkada 100,6 milyon barel olacağı gözlənilir

Qlobal neft tədarükünün bu il sutkada 100,6 milyon barel olacağı gözlənilir

Cari ildə qlobal neft tədarükünün gündəlik orta hesabla 100 milyon 620 min barel, 2027-ci ildə isə sutkada 109 milyon 880 min barel olacağı gözlənilir.

NTV xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, gələn il üzrə qlobal neft təklifində gözlənilən artıma Yaxın Şərqdə hasilatın azaldılmasının sona çatması və digər istehsalçı ölkələrdən təklifin artmasının səbəb olacağı gözlənilir.

EIA-ya görə, qlobal neft ehtiyatları bu il təxminən 400 milyon barel azalıb və bu azalma tendensiya ilin sonuna qədər davam edəcək. Bu da neft qiymətlərini yüksək səviyyədə saxlayır. Yaxın Şərqdən neft ixracının tədricən artması, əksər hasilat azalmalarının 2027-ci ilin ikinci yarısında sona çatması və qlobal neft ehtiyatlarının yenidən artması ilə “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin gələn ilin ikinci yarısında 67 dollara enəcəyi proqnozlaşdırılır. Lakin, Hörmüz boğazından və alternativ yollardan neft axını səbəbindən qısamüddətli qiymət dalğalanmalarının da artacağı nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM