satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib.

NTV bu barədə AZSTAND-a istinadən xəbər verir.

Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyası və kənd təsərrüfatı, 43-ü mebel, 38-si tekstil və dəri texnologiyası, 37-si maşınqayırma, 36-sı əməyin təhlükəsizliyi, 28-i uşaq malları, 23-ü informasiya və telekommunikasiya 21-i texniki materiallar,16-sı energetika (istilik mübadiləsi sistemləri) və elektrotexnika, 15-i bina qurğuları, 11-i idarəetmə və keyfiyyət, 9-u neft-qaz, kimya və əlaqəli texnologiya, 8-i turizm, 4-ü sənədləşdirmə və nəşriyyat, 4-ü istehlak malları, 3-ü hidravlik sistemlər və ümumi istifadə üçün komponentlər, 2-si metrologiya, ölçmə sistemləri və cihazlar, 1-i zərgərliklə bağlı olub.

Məlumata görə, eyni zamanda 26 dövlət standartı üzrə dövri yoxlanılma aparılıb və ya dəyişikliklər edilib, 27 dövlət standartı isə ləğv olunub. Bundan başqa, sahibkarların müraciəti əsasında 89 texniki şərt ekspertiza edilərək qeydiyyata alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

10:35 10.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM