satellite   Azerspace-1: 11135 H 30000

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50%-dən çoxu icra olunub - VİDEO

Kəlbəcər–Laçın avtomobil yolunun tikintisi üzrə işlərin 50%-dən çoxu icra olunub.

NTV Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, mürəkkəb dağlıq relyefdə inşa olunan 75,8 kilometrlik yol I–II texniki dərəcəli, 2–4 hərəkət zolaqlı olacaq.

Layihə çərçivəsində 17 tunel, 7 viaduk, 14 körpü və 212 suötürücü keçidin inşası aparılır. Ümumi uzunluğu 13 kilometrdən çox olan tunellərin hamısında qazma, 12-də isə betonlama işləri tamamlanıb.

Tikinti sahələrində 2 085-dən çox işçi və 509 texnika çalışır.

Yeni avtomobil yolunun istifadəyə verilməsi ilə Kəlbəcər və Laçın arasındakı məsafə 31,98 kilometr qısalacaq. Yeni yol, həmçinin regionda yeni nəqliyyat dəhlizinin formalaşmasına xidmət edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM