satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yazlıq əkin sahələri 3.7 faiz artıb

Naxçıvanda yazlıq əkin sahələri 3.7 faiz artıb

Naxçıvan Muxtar Respublikasında yazlıq bitkilərin əkini ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 3353,3 hektara çatıb.

NTV-nin məlumatına görə, bu günə olan statistik məlumatlara əsasən, əkin sahələrinin strukturunda 1210,6 hektar olmaqla dənli və dənli paxlalılar üstünlük təşkil edir.

Bununla yanaşı, təsərrüfatlarda 863,4 hektarda yemlik bitkilər 585,9 hektarda kartof, 389,7 hektarda dən üçün qarğıdalı, 165,7 hektarda bostan bitkiləri və  123,2 hektarda tərəvəz əkini həyata keçirilib. Cari mövsümdə həmçinin 14 hektar sahədə tütün, 0,8 hektarda isə sarıçiçək əkilib.

Hazırda muxtar respublikada yazlıq bitkilərin əkini davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM