satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan ərazisindən keçməklə Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola düşüb

Azərbaycan ərazisindən keçməklə Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola düşüb

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola salınıb.

NTV xəbər verir ki, Ermənistana göndəriləcək taxılın ümumi çəkisi 488 tondur. Daha sonra qatar "Böyük Kəsik" stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 21 min tondan çox (302 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM