Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri nəzarət tədbirləri çərçivəsində “ROSTA M” MMC-nin Gürcüstandan idxal etdiyi 48 min 750 kiloqram və fiziki şəxs Xəyyam Əsəd oğlu Sanıyevin Türkiyədən idxal etdiyi 24 min 800 kiloqram toxumluq kartof məhsuluna baxış keçiriblər.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən NTV-yə verilən məlumata görə, yoxlama zamanı götürülən nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən kartof yumrularında halqavari bakterial çürümə aşkarlanıb.
Məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul olunaraq məhv edilib.
