satellite   Azerspace-1: 11135 H 30000

Avropa Liqası və Konfrans Liqasında əsas mərhələnin bütün iştirakçıları müəyyənləşib

Avropa Liqası və Konfrans Liqasında əsas mərhələnin bütün iştirakçıları müəyyənləşib

UEFA Avropa Liqası və Konfrans Liqasında əsas mərhələnin bütün iştirakçıları müəyyənləşib.

NTV xəbər verir ki, hər iki turnirdə 36 komanda mübarizə aparacaq.

Avropa Liqasının liqa mərhələsində Almaniyanın "Bayer" və "Hoffenhaym", Portuqaliyanın "Benfika" və "Torrense", İtaliyanın "Yuventus" və "Milan", Niderlandın "AZ Alkmaar" və "NEK Neymegen", Yunanıstanın "Olimpiakos" və OFİ, İspaniyanın "Real Sosyedad" və "Selta", Fransanın "Lion", "Marsel" və "Renn", Macarıstanın "Ferensvaroş", Çexiyanın "Viktoriya" və "Sparta", Belçikanın “Anderlext” və "Union", Xorvatiyanın "Dinamo Zaqreb", Şotlandiyanın "Seltik", Avstriyanın "Zalsburq" və "Şturm", Polşanın "Lex", İngiltərənin "Kristal Pelas", "Sanderlend" və "Bornmut", Sloveniyanın "Selye", Polşanın "Yagelloniya", Kiprin "Omoniya", Türkiyənin "Beşiktaş", İsrailin "Hapoel" (Ber-Şeva), Norveçin "Lillestrom", Bolqarıstanın "Levski" və Ermənistanın "Ararat-Armenia" komandaları çıxış edəcəklər.

Konfrans Liqasının əsas mərhələsinə isə İtaliyanın “Atalanta”, Portuqaliyanın “Braqa”, Niderlandın “Ayaks” və “Tvente”, Almaniyanın “Frayburq”, Fransanın “Monako”, Danimarkanın “Kopenhagen”, “Norşellan”, “Midtüllan” və “Orxus”, Qazaxıstanın “Kayrat”, Türkiyənin “Trabzonspor”, Rumıniyanın “Universitatya Krayova”, Serbiyanın “Srvena Zvezda”, Yunanıstanın “Panatinaikos”, Belçikanın “Gent” və “Sent-Trüden”, Kiprin “Pafos”, İngiltərənin “Brayton”, İsveçrənin “Luqano” və “Tun”, İspaniyanın “Xetafe”, Finlandiyanın “KuPS”, Bosniya və Herseqovinanın “Borats”, Norveçin “Brann”, Şotlandiyanı “Harts”, Latviyanın “Riqa”, Xorvatiyanın “Hayduk” (Split), Çexiyanın “Yablonets”, Moldovanın “İnter”, Bolqarıstanın ÇSKA (Sofiya), Litvanın “Jalgiris”, İsveçin “Myölbü”, Gürcüstanın “İberiya”, Albaniyanın “Eqnatiya” və Cəbəllütariqin “Linkoln” klubları vəsiqə qazanıb.

Qeyd edək ki, hər iki turnirdə liqa mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft qiymətləri azalır

10:53 28.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM