Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində cavab oyununu keçirəcək.
NTV xəbər verir ki, Ağdam klubu Bakıda Niderlandın “Tvente” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Bu cütün qalibi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, komandalar arasında Niderlandda keçirilmiş ilk görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
