Misli Premyer Liqasının XXIII turunda "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşıb.
NTV xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə "köhlən atlar" 6:0 hesablı qələbə qazanıb.
Qolları Joni Montiel (15 dəq, penalti), Leandro Andrade (33, 36), Kamilo Duran (64 dəq penalti, 89 dəq.) və Musa Qurbanlı (83) vurublar.
"Qarabağ" 49 xalla turnir cədəlinin ikinci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" 33 xalla beşincidir.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" isə "İmişli" ilə (0:0) bərabərə qalıb.
