satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Kiyev Rusiya-Ukrayna münaqişəsi üzrə dördtərəfli görüşə hazırdır

Zelenski: Kiyev Rusiya-Ukrayna münaqişəsi üzrə dördtərəfli görüşə hazırdır

Kiyev Rusiya-Ukrayna müharibəsinin dayandırılması məsələsi üzrə Avropa, ABŞ və Rusiyanın iştirakı ilə mümkün dördtərəfli görüşün keçirilməsinə hazırdır.

NTV  "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Biz Ukrayna, Avropa, ABŞ və Rusiya arasında dördtərəfli görüşün ən qısa zamanda keçirilməsi üçün hər şeyi etməliyik. Bunu artıq, sözün əsl mənasında, sabah etməyə hazırıq", – Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi belə bir görüşü Milad bayramına qədər (25 dekabr – red.) təşkil etməyə çalışır.

Qeyd edək ki, noyabrın 21-də Zelenski Ukrayna-ABŞ-Avropa-Rusiya formatında növbəti danışıqların tarixinin ABŞ tərəfinin danışıqların gündəliyini bütün iştirakçılarla razılaşdıracağı vaxtdan asılı olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM