satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda strateji inkişaf üzrə Prezident yanında ekspert qrupu yaradılıb

Qazaxıstanda strateji inkişaf üzrə Prezident yanında ekspert qrupu yaradılıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev strateji inkişaf üzrə ekspert qrupunun yaradılması haqqında fərman imzalayıb.

NTV Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yeni məşvərətçi-məsləhətçi orqan ölkənin uzunmüddətli inkişafı üçün konseptual yanaşmaları və prioritetləri peşəkarcasına hazırlamaq üçün yaradılıb.

Qrupun əsas məqsədləri konseptual yanaşmaları müəyyən etmək və peşəkarcasına hazırlamaq, eləcə də analitik, sosioloji və proqnozlaşdırma tədqiqatlarının nəticələrini müzakirə etməkdir.

Qazaxıstanın vitse-prezidenti Erlan Karin qrupun rəhbəri təyin edilib. Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutu onun işçi orqanı qismində təyin edilib.

Ekspert qrupunun iclasları zərurət yarandıqda, lakin ayda bir dəfədən gec olmayaraq keçiriləcək. Dövlət qurumlarının, elmi təşkilatların, ekspert icmasının, biznes və vətəndaş cəmiyyətinin nümayəndələri bu iclaslarda iştirak edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM