İspaniyanın “Real Madrid” klubunun prezidenti Florentino Peres Hindistanda yaşayan futbol azarkeşlərinin növbəti mövsümdən etibarən komandanın ən vacib qarşılaşmalarını ödənişsiz izləyə biləcəklərini açıqlayıb.
NTV xəbər verir ki, funksioner bir neçə ay əvvəl də dünyanın müxtəlif ölkələrində yaşayan uşaqların “kral klubu”nun oyunlarını pulsuz izləyə bilməsinin vacibliyini vurğulamışdı.
Peres Afrika qitəsindəki futbolsevərlərin də qarşılaşmaları izləmək üçün ödəniş etmək məcburiyyətində qalmamasını istədiyini bildirib.
Onun sözlərinə görə, əsas məqsəd futbolun daha geniş auditoriya üçün əlçatan olmasını təmin etmək, xüsusilə də maddi imkanlarından asılı olmayaraq, bütün dünyada azarkeşlərin sevdikləri komandaların oyunlarını izləməsinə şərait yaratmaqdır.
