Almaniya Silahlı Qüvvələri Litvada keçirilən hərbi təlimlər çərçivəsində kamikadze dronlarının ilk taktiki sınaqlarına başlayıb.
NTV xarici mediaya istinadla xəbər verir ki, “Azadlıq Qalxanı” adlı manevrlər Belarusla sərhəd yaxınlığındakı Rudninkay poliqonunda keçirilir.
Sınaqlarda Almaniyanın “Helsing” və “Stark” şirkətlərinin istehsal etdiyi pilotsuz uçuş aparatlarından istifadə olunur. Təlimləri Almaniya Ordusunun Baş müfəttişi Kristian Freydinq də izləyib.
Qeyd edək ki, bu manevrlər Litvada Bundesverin keçirdiyi ən böyük hərbi təlimlər hesab olunur. Bundan əvvəl həmin poliqonda “Helsing” şirkətinin süni intellekt əsaslı “Clarity” idarəetmə proqramı da sınaqdan keçirilib.
