satellite   Azerspace-1: 11135 H 30000

İsraildə etiraz aksiyası qatarların hərəkətində fasilələrə səbəb olub

İsraildə etiraz aksiyası qatarların hərəkətində fasilələrə səbəb olub

İsrailin Lod şəhərində keçirilən etiraz aksiyası dəmir yolu nəqliyyatının hərəkətində fasilələrə səbəb olub.

NTV İsrailin TPS-IL mətbuat xidmətinə istinadla xəbər verir ki, etirazçılar Lod Dəmir Yolu Qərargahının yaxınlığında relslərə çıxaraq yaşayış məntəqələrinin yaxınlığında təmir kompleksinin tikintisinə narazılıqlarını bildiriblər.

Etirazçılar planlaşdırılan müəssisənin evlərindən təxminən 300 metr məsafədə inşa olunmasının davamlı səs-küyə, uşaqların sağlamlığına və ətraf mühitə mənfi təsir göstərəcəyindən narahat olduqlarını qeyd ediblər.

İsrail Dəmir Yollarının məlumatına görə, etiraz aksiyasından sonra dayandırılan qatar xidmətləri tədricən bərpa edilib, lakin reyslərdə gecikmələr davam edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM