Son məlumatlara görə, xarici ölkələrdə Qırğızıstandan getmiş 837.812 əmək miqrantı çalışır.
NTV “Kabar” agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirliyinin şöbə müdiri Erkin Karimov bildirib.
Onun sözlərinə görə, Rusiyada Qırğızıstanın 584.484 vətəndaşı işləyir. Rusiya üzrə məlumatlar oktyabr ayının əvvəlinə əsaslanır.
Nazirlik qeyd edir ki, miqrantların sayı miqrasiya axınından, mövsümdən, eləcə də ailə, iqtisadi və sosial amillərdən asılı olaraq dəyişir.
