satellite   Azerspace-1: 11135 H 30000

Belçikada ümummilli tətil, hava limanlarında uçuşlar dayandırılıb

Belçikada ümummilli tətil, hava limanlarında uçuşlar dayandırılıb

Belçikada həmkarlar ittifaqları federal hökumətin qənaət tədbirlərinə etiraz əlaməti olaraq bazar ertəsi ümummilli tətil və kütləvi nümayiş keçirir.

NTV  xəbər verir ki, ACV-CSC, FGTB-ABVV və SYNOVA həmkarlar ittifaqlarının çağırışı ilə təşkil olunan aksiya Baş nazir Bart De Veverin rəhbərlik etdiyi hökumətin pensiya, əmək haqqı və iş şəraiti ilə bağlı islahatlarına qarşı keçirilən ardıcıl etirazların on birincisidir.

Etirazçılar saat 10:00-da Brüssel-Şimal vağzalının qarşısında toplaşacaq, saat 11:00 radələrində isə Brüssel-Cənub vağzalına doğru yürüş edəcəklər. Polisin məlumatına görə, saat 09:00-dan 15:00-dək bir sıra yollar və tunellər bağlı olacaq. Hava naviqasiya xidməti “Skeyes”in bir qrup dispetçerinin tətilə qoşulması səbəbindən saat 07:00-dan 21:00-dək Brüssel və Şarlerua hava limanlarında bütün gediş-gəliş reysləri ləğv edilib.

Təcili və təhlükəsizlik baxımından vacib uçuşlar üçün minimum xidmət təmin ediləcək. Brüsseldə ictimai nəqliyyat da ciddi şəkildə pozulub: yalnız 1 və 5 nömrəli metro xətləri, məhdud sayda tramvay və avtobus marşrutları işləyir. Dəmir yolu hərəkətinə tətil təsir etməsə də, qatarlarda sıxlıq gözlənilir.

Bundan əlavə, bəzi bələdiyyələrdə tullantıların yığılması da aksiya səbəbindən axsayacaq. Sərnişinlərə öncədən alternativ səyahət variantlarını nəzərdən keçirmələri tövsiyə olunur.

Vüqar Seyidov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM