satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində ərazi iddialarının yer almaması müsbət haldır

Ceyhun Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində ərazi iddialarının yer almaması müsbət haldır

Ölkəmiz dəfələrlə bəyan edib ki, Ermənistan öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırdıqdan sonra sülh sazişinin imzalanması mümkün olacaq.

NTV  xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Bu gün Ermənistanda çox önəmli bir inkişaf baş verdi. Ermənistanın Baş naziri Konstitusiya mətnini ictimaiyyətə açıqladı. Azərbaycan üçün maraqlı olan məqam ondan ibarətdir ki, yeni Konstitusiya layihəsində bu cür iddiaların yer almadığını müşahidə edirik. Bu, müsbət haldır, inkişafdır. Sözügedən məsələ öz yekun həllini tapdıqdan sonra sülh sazişinin imzalanması mümkün olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM