satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

NTV xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Məşğulluğun Təşviqi Agentliyi məlumat yayıb.

Bildirilir ki, Gürcüstanda əcnəbilər üçün iş icazəsinin alınması 2026-cı ilin martın 1-dən məcburidir. Lakin, bu tarixdən əvvəl əmək miqrantları bazasında qeydiyyatdan keçmiş xarici vətəndaşlar müvəqqəti olaraq icazə almaqdan azad edilmişdilər.

Dövlət Məşğulluğun Təşviqi Agentliyi iş icazəsini altı aydan bir ilə qədər, İT sektoru işçiləri üçün isə üç ilə qədər müddətə verir.

Fərdi sahibkarlar üçün iş icazəsinə dair sənədlər şəxs tərəfindən doldurulur, Gürcüstan şirkətində işləyən əcnəbilər üçün isə sənədləşmə işləri şirkət tərəfindən aparılır.

“Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq”, - deyə agentliyin məlumatında bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM