satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda silahlı insident olub, 2 nəfər ölüb

İstanbulda silahlı insident olub, 2 nəfər ölüb

Bu gün Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda silahlı insident baş verib.

NTV xəbər verir ki, faktla bağlı İstanbul Valiliyi rəsmi açıqlama yayıb.

Bildirilib ki, Maltepedə yerləşən bir evin sahibi ilə kirayəçi arasında mübahisə yaranıb. Bu zaman kirayəçi evin sahibinə, onun həyat yoldaşına və ailənin vəkilinə silahla hücum edib. Evin sahibi və onun həyat yoldaşı hadisə yerində həlak olublar, vəkil isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Silahlı şəxs əraziyə gələn təcili tibbi xidmət və təhlükəsizlik qüvvələrinin əməkdaşlarına da atəş açıb. Buna baxmayaraq, polis əməkdaşları onu saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM