Almaniyada ümummilli xəbərdarlıq günü çərçivəsində fövqəladə hallar zamanı əhalinin məlumatlandırılması sistemləri sınaqdan keçirilib.
NTV xəbər verir ki, sınaq siqnalı saat 11:00-da müxtəlif xəbərdarlıq sistemləri vasitəsilə, o cümlədən mobil telefonlara göndərilib. Ölkənin bir sıra ərazilərində sirenlər də işə salınıb, media və elektron məlumat lövhələri vasitəsilə xəbərdarlıqlar yayımlanıb.
Sınaq çərçivəsində fövqəladə vəziyyət zamanı dövlət qurumlarının əhaliyə operativ şəkildə çatmasının və xəbərdarlıq kanallarının effektivliyinin yoxlanılması məqsədi daşıyır. Həyəcan siqnalından sonra saat 11:45-də “Təhlükə sovuşub” bildirişi verilib.
Almaniyada ümummilli xəbərdarlıq günü hər il keçirilir.
