satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya İndoneziyada meşə yanğınlarının söndürülməsinə hərbi helikopterlər cəlb edib

Yaponiya İndoneziyada meşə yanğınlarının söndürülməsinə hərbi helikopterlər cəlb edib

Yaponiya İndoneziyada meşə yanğınlarının söndürülməsinə Özünümüdafiə Qüvvələrinin üç hərbi helikopterini cəlb edib .

NTV Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyatda ölkənin Dəniz və Quru Özünümüdafiə Qüvvələrinin 350-yə yaxın hərbçisi iştirak edəcək. Bildirilib ki,

CH-47 helikopterləri Qərbi Kalimantan əyalətindən fəaliyyət göstərəcək və təxminən bir həftə ərzində yanğınların havadan söndürülməsinə dəstək verəcək.

Qeyd edək ki, İndoneziyada bu ilin ilk yeddi ayında yanğınlar nəticəsində təxminən 2 min kvadratkilometr meşə və torf ərazisi yanıb. Bu, Yaponiyanın Özünümüdafiə Qüvvələrinin xaricdə həyata keçirdiyi ilk yanğınsöndürmə əməliyyatıdır. Missiya iki ölkə arasında fəlakətlərin nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılaşma çərçivəsində həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

10:35 10.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM