satellite   Azerspace-1: 11135 H 30000

Britaniyada yüzlərlə aviareys ləğv edilib

Britaniyada yüzlərlə aviareys ləğv edilib

Böyük Britaniyada dünən hava hərəkətinə nəzarət sistemində yaranan texniki problemin fəsadları bu gün də davam edir.

NTV BBC-yə istinadla xəbər verir ki, aviasiya analitikası şirkəti “Cirium”un məlumatına görə, çərşənbə günü ölkə hava limanlarında indiyədək 291 aviareys ləğv edilib. Bunlardan 120-si uçuş, 171-i isə eniş reysidir. Ləğv edilən reyslər gün ərzində planlaşdırılan 5869 uçuşun təxminən 5 faizini təşkil edir. Şirkət bildirir ki, adi günlərdə ləğv olunan reyslərin göstəricisi 1-2 faiz arasında olur.

Sentyabrın 8-də isə texniki nasazlıq səbəbindən Böyük Britaniyada təxminən 1750 aviareys ləğv edilib və yüz minlərlə sərnişin çətinliklərlə üzləşib. Uçuşların ləğvi və gecikmələri səbəbindən bəzi sərnişinlər gecəni hava limanlarında keçirməli olub. Hava limanlarında sərnişinlərin döşəmədə yatdığını əks etdirən görüntülər yayılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM