satellite   Azerspace-1: 11135 H 30000

İraq sahillərində yük gəmisi hücuma məruz qalıb

İraq sahillərində yük gəmisi hücuma məruz qalıb

Fars körfəzində, İraqın Əl-Fau rayonundan cənub-şərqdə yük gəmisi naməlum mərmi ilə vurulub.

NTV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) "X" sosial şəbəkəsində məlumat yayıb.

Gəmi heyətinin həyatı üçün təhlükə yoxdur. İnsident nəticəsində dəyən ekoloji zərər barədə hazırda heç bir məlumat daxil olmayıb.

Səlahiyyətlilər hadisəni araşdırdığı müddətdə gəmilərə bu ərazidən keçərkən ehtiyatlı olmaq tövsiyə edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM