Yəmən və Somali sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.
NTV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Ədən körfəzində baş verən zəlzələnin episentri Somalidə 6100 nəfərin yaşadığı Alula şəhərindən 154 kilometr şimal-qərbdə, əhalisi 258 min nəfər olan Mukalla şəhərindən isə 201 kilometr cənub-şərqdə, 18 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.
